DÜNYA


Türkiyədə sərnişin avtobusunun aşması nəticəsində 47 nəfər yaralanıb

İstanbul, 25 iyun, АZƏRTAC

Türkiyənin Balıkəsir vilayətinin Susurluk rayonunda sərnişin avtobusunun aşması nəticəsində 47 nəfər xəsarət alıb. Onlardan dördünün vəziyyətinin ağır olduğu bildirilir. Yaralılar dərhal xəstəxanalara yerləşdiriliblər.

İyunun 24-də və 25-də Türkiyə ərazisində baş verən yol-nəqliyyat hadisələri nəticəsində ümumilikdə 22 nəfər həlak olub, 114 nəfər yaralanıb.

Qəzalarla bağlı rəsmi məlumatlarda bildirilir ki, Ramazan bayramı münasibətilə Türkiyədə başlanan tətillə əlaqədar magistrallarda yaranmış sıxlıq nəqliyyat vasitələrinin idarə olunmasında bir sıra problemlər yaradıb. Qəzalara əsas səbəb kimi sürət həddini aşmaq və sükan arxasında yuxulamaq göstərilir.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.