DÜNYA


Türkiyədə terror əleyhinə nümayişlər keçirilib

A+ A

İstanbul, 19 avqust, AZƏRTAC

Avqustun 19-də Elazığ, İzmir və Ədirnə də daxil olmaqla Türkiyənin müxtəlif şəhərlərində “Terrora lənət” şüarı altında yürüş-mitinqlər təşkil olunub. Mitinqlərdə şəhid ailələri, PKK tərəfindən övladları dağlara qaçırılan valideynlər, terrorçular tərəfindən müxtəlif şəkildə zərər çəkən insanlar adından şüarlar səsləndirilib.

Türkiyənin nəhəng bayrağı ilə küçə və meydanlara çıxan insanlar ölkədə terror aktlarını törədənləri və onları dəstəkləyənləri lənətləyiblər.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.