DÜNYA


Türkiyədə terroru dəstəkləyən siyasi partiyanın həmsədrləri həbs olunub

A+ A

İstanbul, 4 noyabr, AZƏRTAC

PKK terror təşkilatının siyasi qanadı sayılan Xalqların Demokratik Partiyasının (HDP) həmsədrləri Səlahəddin Dəmirdaş və Figen Yüksəkdağ Diyarbəkir sülh və cəza məhkəməsinin qərarı ilə həbs olunublar.

Rəsmi məlumata görə, HDP həmsədrləri də daxil olmaqla haqlarında cinayət işi açılan 11 deputat terrorçuluğu dəstəkləmək, terror aktlarının törədilməsində iştirak, ölkəni parçalamağa cəhd, terror təşkilatlarına üzv olmaq kimi ağır ittihamlarla təqsirləndiriliblər.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.