DÜNYA


Türkiyədə təxminən 13 min polis vəzifədən kənarlaşdırılıb

A+ A

Bakı, 4 oktyabr, AZƏRTAC

Türkiyə hökuməti ölkədə baş verən dövlət çevrilişi cəhdində ittiham edilən Fətullah Gülənlə əlaqədə şübhəli bilinən 12 min 801 polis əməkdaşını vəzifədən kənarlaşdırıb.

AZƏRTAC Anadolu informasiya agentliyinə istinadla xəbər verir ki, xidmətdən kənarlaşdırılan polislərin 2,5 mini rəhbər vəzifələr tuturdu.

Xatırladaq ki, iyulun 16-na keçən gecə Türkiyədə silahlı dövlət çevrilişinə cəhd göstərilib. Ankara qiyamın arxasında müxalifətçi din xadimi Fətullah Gülənin dayandığını bildirir. Türkiyənin hakimiyyət dairələri hazırda ABŞ-n Pensilvaniya ştatında yaşayan Gülənin ekstradisiyasını Vaşinqtondan israrla tələb etsə də, hələ ki, buna nail olmayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.