DÜNYA


Türkiyədə törədilən partlayış nəticəsində 3 nəfər ölüb, 40 nəfər yaralanıb [YENİLƏNİB] VİDEO

A+ A

Türkiyənin Van bölgəsində İpək Yolu rayonundakı polis mərkəzinə partlayıcı yüklü avtomobillə hücum təşkil olunub.

Anadolu informasiya agentliyinin məlumatına görə, törədilən partlayış nəticəsində 3 nəfər ölüb, 2-si polis əməkdaşı olmaqla 40 nəfər yaralanıb. Yaralılar xəstəxanalara yerləşdirilib.

Hadisədən dərhal sonra əməliyyat-axtarış tədbirlərinə başlanılıb. Zırehlı texnika və çoxsaylı polisin cəlb olunduğu əməliyyat nəticəsində hadisəni törədən terrorist yaralı olaraq yaxalanıb.

 

02:03

Türkiyənin Van bölgəsində İpək Yolu rayonundakı polis mərkəzinin qarşısında bomba yüklü avtomobilin partladılması nəticəsində dinc sakinlər də daxil olmaqla təxminən 20 nəfər yaralanıb.

Anadolu informasiya agentliyinin məlumatına görə, yaralılar xəstəxanaya çatdırılıb.

Terrorçuların tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri keçirilir.

 

01:05

Bakı, 18 avqust, AZƏRTAC

Türkiyənin Van bölgəsində İpək Yolu rayonundakı polis mərkəzinə terrorçular tərəfindən partlayıcı yüklü avtomobillə hücum edilib.

Anadolu informasiya agentliyinin məlumatına görə partlayışdan sonra bölgəyə təcili yardım maşınları cəlb edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.