DÜNYA
Türkiyədə toy mərasimində törədilən terror aktı nəticəsində ölənlərin sayı 30-a çatıb [YENİLƏNİB]
Bakı, 21 avqust, AZƏRTAC
Türkiyədə törədilən terror aktı qurbanlarının sayı artıb. Qaziantep valisinin verdiyi son məlumata görə, toy mərasimində bomba partladılması nəticəsində 30 nəfər həlak olub, 94 yaralı var.
03:25
Anadolu informasiya agentliyi partlayış barədə yeni məlumat yayıb. Qaziantep valiliyindən verilən açıqlamada terror aktı nəticəsində 22 nəfərin həlak olduğu, 94 nəfərin isə yaralandığı bildirilir.
01:50
Reuters agentliyinin yaydığı məlumata görə, partlayış nəticəsində azı 8 nəfər həlak olub, 60 nəfər yaralanıb.
01:43
Türkiyənin Qaziantep vilayətində toy mərasimi zamanı terror aktı törədilib.
AZƏRTAC Anadolu informasiya agentliyinə istinadla xəbər verir ki, hadisə yerinə çox sayda təcili yardım avtomobilləri və polis işçiləri cəlb olunub. Qaziantep valisi Əli Yerlikayanın verdiyi məlumata görə, toy salonunda partlayış baş verib, yaralananlar var. Hakimiyyət orqanları ölənlərin olduğunu da istisna etmirlər.