DÜNYA


Türkiyədə xarici turistləri daşıyan avtobus aşıb

Bakı, 18 may, AZƏRTAC

Türkiyədə rusiyalı turistləri daşıyan avtobusun qəzaya uğraması nəticəsində azı 18 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Onlardan ikisinin Türkiyə vətəndaşı olduğu bildirilir.

AZƏRTAC Anadolu informasiya agentliyinə istinadla xəbər verir ki, yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılıb.

İnsident Türkiyənin cənub-qərbindəki Muğla-Denizli avtomobil trasında baş verib. Avtobus turistləri Bodrum qəsəbəsindən Pamukkaleyə aparırdı.

Hazırda hadisə yerində təcili xidmət nümayəndələri işləyir. Qəzanın təfərrüatları araşdırılır.

Rusiya səfirliyinin mətbuat katibi isə qəzaya uğrayan avtobusda Rusiya vətəndaşlarının deyil, ukraynalıların olduğunu bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.