DÜNYA


Türkiyədə yüksək rütbəli hərbçilərin həbsi davam edir

A+ A

Bakı, 16 iyul, AZƏRTAC

Türkiyənin Balıkəsir vilayətində yerləşən Hərbi-Hava Qüvvələri bazasının komandiri, general-leytenant İshaq Dayıoğlu saxlanılıb.

AZƏRTAC Anadolu Agentliyinə istinadla xəbər verir ki, o, dövlət çevrilişinə cəhddə ittiham olunaraq polis bölməsinə gətirilib.

Təhlükəsizlik qüvvələri Türkiyə Konstitusiya Məhkəməsinin üzvü Alparslan Altanı da həbs ediblər. Polis onun evində axtarış aparıb.

Həmçinin qiyamda iştirakda təqsirləndirilən 3-cü korpus komandiri, general-polkovnik Erdal Öztürk də saxlanılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.