DÜNYA


Türkiyədəki çadır düşərgələrində yaşayanlar Suriya ərazisinə köçürüləcək

A+ A

Bakı, 23 sentyabr, AZƏRTAC

Türkiyədəki çadır düşərgələrində yaşayan qaçqınlar Suriya ərazisində təhlükəsizlik zonası yaradılacağı təqdirdə oraya köçürüləcək.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Ankara Suriya torpaqlarında təhlükəsizlik zonasının yaradılması üçün səylər göstərir. Əgər biz nəticəyə nail olsaq, çadır düşərgəsinin sakinləri Suriya ərazisinə köçürüləcək”, - deyə Ərdoğan ABŞ-a səfəri zamanı bildirib.

Türkiyə liderinin sözlərinə görə, Suriya və İraqdan Türkiyəyə gələn 3 milyon qaçqının 300 min nəfəri çadır düşərgələrində yaşayır.

Ərdoğan, həmçinin Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalında keçirdiyi “Fərat qalxanı” əməliyyatının gedişində artıq 900 kvadratkilometr ərazinin azad olunduğunu qeyd edib. “Bu ərazilər Suriya xalqı üçün artıq təhlükəsizdir və bundan sonra əməliyyatlar Əl-Bab şəhəri istiqamətində aparılır. Türkiyədə yaşayan suriyalılar öz evlərinə qayıtmağa başlayıb”, - deyə Ərdoğan vurğulayıb.

Xatırladaq ki, avqustun 24-də Türkiyə “Fərat qalxanı” əməliyyatına başlayıb və Azad Suriya Ordusu türk hərbçilərinin köməyi ilə Cerablusu 8 saat ərzində azad etməyə nail olub. Hazırda Türkiyənin dəstəklədiyi müxalifət qüvvələri Cerablus və Azaz arasındakı 90 kilometrlik ərazini İŞİD terrorçularından təmizləyərək cənub istiqamətində irəliləməkdə davam edir.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.