SİYASƏT


Türkiyədəki səfirliyimizdə yaradılan məntəqədə səsvermədə fəallıq müşahidə olunur

A+ A

Ankara, 26 sentyabr, AZƏRTAC 

Ümumxalq səsverməsi (referendum) ilə əlaqədar ölkəmizin Türkiyədəki səfirliyində səsvermə sentyabrın 26-da Türkiyə vaxtı ilə saat 8.00-da (Bakı vaxtı ilə 9.00) başlayıb.

Burada 17 saylı Yasamal üçüncü seçki dairəsinin tərkibində yaradılmış 30 saylı seçki məntəqəsi fəaliyyət göstərir. Bu məntəqədə konsulluq qeydiyyatında olan 673 nəfər Azərbaycan vətəndaşı referendumda iştirak etmək hüququna malikdir.

Səsvermənin azad və şəffaf keçirilməsi üçün hər cür şərait yaradılıb. Səhər saatlarından başlayaraq səsvermədə fəallıq müşahidə edilir.

Səsvermə saat 19.00-da başa çatacaq.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.