DÜNYA


Türkiyədən Avropaya doğru hərəkət edən avtomobillər Bolqarıstan və Yunanıstan sərhədlərində növbə gözləyir

A+ A

İstanbul, 16 yanvar, АZƏRTAC

Türkiyənin Bolqarıstan və Yunanıstan dövlətləri ilə sərhədində yerləşən “Kapıkule”, “Hamzebeyli” və “İpsala” gömrük-keçid məntəqələrində avtomobillərin hərəkətində böyük problemlər yaranıb.

Türkiyə KİV-lərinin məlumatına görə, bu ölkədən Avropaya doğru hərəkət edən TIR-ların növbəsinin uzunluğu ümumilikdə 40 kilometri keçib. Ən azı 150 yük maşını sərhədi keçmək üçün növbə gözləyir. Bildirilir ki, güclü qarın yağması səbəbindən yaranan problem üç gündür ki, davam edir. Türkiyənin “Qızıl Ay” cəmiyyəti sürücülərə zəruri ləvazimatlar paylayıb.

Qeyd edək ki, ötən ilin may, iyun və oktyabr aylarında da Türkiyə-Bolqarıstan gömrük-keçid məntəqələrində müxtəlif səbəblərdən yaranan uzun tıxac günlərlə davam etmişdi.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.