ELM VƏ TƏHSİL


Türkiyəli alim Hüseyn Cavidin Ev Muzeyində tələbələrə açıq dərs keçib

Bakı, 6 dekabr, AZƏRTAC

Türkiyənin Mərmərə Universitetinin alimi, dosent Mehdi Gəncəli Azərbaycan Milli Elmlər Akademiyasının Hüseyn Cavidin Ev Muzeyində Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsində türkologiya ixtisası üzrə təhsil alan IV kurs tələbələrinə açıq dərs keçib.

Muzeydən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə tələbələrə böyük şair Hüseyn Cavidin və cavidlərin irsinin toplanması, qorunması, tədqiqi və təbliğində bu elm müəssisəsinin rolu haqqında məlumat verilib.

Muzeyin direktoru, filologiya elmləri doktoru Gülbəniz Babaxanlının təşəbbüsü ilə təşkil olunan açıq dərsdə M.Gəncəli tələbələrə böyük sənətkar Hüseyn Cavidin həyat və yaradıcılığı barədə mühazirə oxuyub.

O, şairin dünyagörüşünün formalaşmasında 1906-1909-cu illərdə İstanbul Universitetinin ədəbiyyat fakültəsində təhsil aldığı müddətdə yaşadığı mühitin mühüm rolunu qeyd edib.

Sonra tələbələr muzeyin zəngin eksponatları ilə tanış olublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.