ELM VƏ TƏHSİL


Türkiyəli alimlər yeni kirpi növü aşkarlayıblar

Bakı, 8 avqust, AZƏRTAC

Türkiyənin Hatay şəhərində dağ ceyranlarının yaşayış sahəsi olan Kırıkhan rayonunda yeni bir kirpi növünə rast gəlinib. Kirpini tapan Bülent Ecevit Universitetinin professorları bu məməliyə uzunqulaqlı səhra kirpisi (Hemiechinus auritus) adını veriblər.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, Türkiyə Təbiəti Qoruma Dərnəyinin Hatay şöbəsinin rəisi Abdulla Öğünç cəlbediciliyi ilə seçilən kirpinin bu növünün nəsli kəsilməkdə olan canlıların siyahısına aid ediləcəyini bildirib. O deyib: “Qayalıq və çöl sahələrində yaşayan uzunqulaqlı səhra kirpisi Hatayda qeydə alınan məməli növlərinin sayını 69-a yüksəldib”.

A.Öğünç diqqətə çatdırıb ki, Hatay məməlilərin müxtəlifliyi baxımından Türkiyənin ən zəngin bölgələrindən biridir. Hatay bu sərvətinin dəyərini bilməli və bir ekoturizm potensialı olaraq bu zənginliyi qiymətləndirməlidir. Belə ki, məməlilərin ən çox yaşadıqları ərazinin milli park elan edilməsi vacibdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.