İDMAN
Türkiyəli boksçu Bakıda “AIBA Pro Boxing”kəmərinə sahib olub
Bakı, 24 yanvar, AZƏRTAC
“Sərhədçi” İdman Olimpiya Mərkəzində Beynəlxalq Boks Federasiyasının “AIBA Pro Boxing” (APB) turniri çərçivəsində 69 kiloqram çəki dərəcəsi üzrə yarış keçirilib.
AZƏRTAC xəbər verir ki, döyüşlərdən əvvəl konsert proqramı təqdim olunub.
Rinqə əvvəlcə macarıstanlı Qyula Keyt və türkiyəli Ondər Sipal çıxıblar. Görüş Türkiyə təmsilçisinin qələbəsi ilə yekunlaşıb.
Denis Lazerev (Ukrayna) və Andrey Zamkovoy (Rusiya) arasındakı
görüşdə isə ukraynalı döyüşçü məğlub olub.
Azərbaycan boksçusu Tamerlan Abdullayev isə litvalı boksçu Eimantas Stanionis ilə görüşdən məğlub ayrılıb.
Günün əsas döyüşündə – APB kəməri və “Rio-2016” Olimpiya Oyunlarına lisenziya uğrunda keniyalı Rayton Okviri və Türkiyə boksçusu Onur Sipal üz-üzə gəliblər. Döyüşdə Türkiyəli boksçu qalib gəlib və “AIBA Pro Boxing” kəmərinə sahib olub.