SİYASƏT


Türkiyəli ekspert: Bakı, Ankara və Tbilisi arasındakı əməkdaşlıq regionda sabitliyin qarantıdır

Tbilisi, 21 iyun, AZƏRTAC

Cənubi Qafqaz regionunun inkişafı Azərbaycan, Gürcüstan və Türkiyə arasındakı möhkəm münasibətlərdən asılıdır.

AZƏRTAC xəbər verir ki, bu sözləri Gürcüstan mətbuatına müsahibəsində Türkiyənin Xarici İşlər Nazirliyi nəzdində Strateji Təhqiqatlar Mərkəzinin rəhbəri Məsud Özcan söyləyib.

Onun sözlərinə görə, bu ölkələr arasındakı üçtərəfli ittifaq regionda sabitliyi və təhlükəsizliyi, həmçinin iqtisadi inkişafı təmin edir. M.Özcan deyib: “Azərbaycan və Gürcüstan müstəqilliyini bərpa etdikdən sonra Türkiyə bu ölkələrə böyük sərmayələr yatırıb. Hər iki ölkə ilə Yüksək Əməkdaşlıq Şurası yaradılıb. Bununla da strateji tərəfdaşlığımızın möhkəm təməli qoyulub. Bu gün əsas məqsədimiz ölkələrimiz arasında viza sistemini ləğv etmək və ticarət əlaqələrini yüngülləşdirməkdir”.

Strateji Təhqiqatlar Mərkəzinin rəhbəri bildirib ki, Bakı, Ankara və Tbilisi üçün enerji və nəqliyyat layihələrinin inkişafı qarşıda duran əsas vəzifələrdəndir. “Biz bu sahələrdə əməkdaşlığımızı nə qədər çox inkişaf etdirsək, ölkələrimizin təhlükəsizliyi barədə də o qədər inamla danışa bilərik. Regionun gələcək inkişafının əsas amili də budur”, - deyə Məsud Özcan vurğulayıb.

 

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.