İQTİSADİYYAT


Türkiyəli ekspert: Türkiyə enerji resurslarının tranziti üzrə qovşaq olmalıdır

Aşqabad, 1 iyun, Laçın Sultanova, AZƏRTAC

Türkiyə təkcə tranzit ölkəsi deyil, həm də enerji resurslarının tranziti üzrə qovşaq olmalıdır.

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, bu fikirləri Energetika Bazarları Siyasəti İnstitutunun direktoru Volkan Özdemir Beynəlxalq Energetika Xartiyasının “Enerji resurslarının tranziti üzrə çoxtərəfli çərçivə sazişinə doğru” mövzusunda Aşqabad beynəlxalq forumunda çıxışı zamanı deyib. Ekspert hesab edir ki, Bakı-Tbilisi-Ceyhan ixrac boru kəməri layihəsində Türkiyənin rolu azalıb.

Türkiyənin enerji siyasətindən, enerji resurslarının tranzit qaydaları və prinsiplərindən danışan ekspert deyib ki, enerji resurslarının tranziti onun ölkəsi üçün çox perspektivli istiqamətdir. Enerji resursları ilə ticarətdə ümumi hüquqi beynəlxalq mexanizm lazımdır. Volkan Özdemirin fikrincə, yeni energetika layihələri üçün yeni infrastruktur yaratmaq lazımdır.

O, çıxışında Trans-Anadolu qaz boru kəmərinin – TANAP-ın perspektivlərinə də toxunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.