İDMAN


Türkiyəli gimnastlar: Qardaş Azərbaycanın çempion olmasına çox sevindik

Bakı, 14 may, AZƏRTAC

Qardaş Azərbaycanın IV İslam Həmrəyliyi Oyunlarının çempionu olmasına ürəkdən sevindik. Əlbəttə ki, birinci olmaq hər kəsin, eləcə də bizim arzumuz idi.

Bu fikirləri IV İslam Həmrəyliyi Oyunlarının Türkiyədən olan iştirakçıları - gimnastlar Demet Mutlu, Ekin Morova, Goksu Uçtaş Şanlı AZƏRTAC-ın müxbirləri ilə söhbətlərində deyiblər.

“Biz 2020-ci il Olimpiadasına həm komanda, həm fərdi olaraq, daha güclü hazırlaşacağıq. Habelə 2019-cu ildə dünya çempionatında iştirak edəcəyik”, - deyə türkiyəli gimnastlar bildiriblər.

Ana olduğu üçün idman karyerasına dörd il fasilə verdiyini diqqətə çatdıran Ekin Morova deyib: “Şübhəsiz ki, fəaliyyətimi bərpa etməkdə fiziki baxımdan müəyyən çətinlik oldu. Lakin istər məşqçimin, istərsə də ailəmin hərtərəfli dəstəyi məni yenidən idmana qaytardı. Qeyd edim ki, idman karyeramın davamını Azərbaycanın təşkil etdiyi bu möhtəşəm tədbirlə başladım. Bu yarışlarda böyük həvəslə iştirak etdim. Azərbaycan bu yarışlara yüksək səviyyədə ev sahibliyi edir. Milli Gimnastika Arenası öz möhtəşəmliyi ilə bizi heyran etdi”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.