İDMAN


Türkiyəli idmançı: Ölkəmin milli rekordunu təzələyə bildiyimə görə çox xoşbəxtəm

Bakı, 14 may, Əziz Məmmədov, AZƏRTAC

Qələbəyə aparan yolun nə qədər kəşməkəşli olduğunu hər bir idmançı bilir. Elə günlər olur ki, obyektiv və subyektiv səbəblərə görə yaxşı oyun nümayiş etdirmək alınmır. Amma elə günlər də olur ki, hər şey yaxşı alınır. Bu gün mənim üçün məhz belə gündür. IV İslam Həmrəyliyi Oyunlarında Türkiyə yığmasının aktivinə daha bir qızıl medal yazdırmağı bacardım. Üstəlik, 41 xal ilə ölkəmin milli rekordunu təzələməyə müvəffəq oldum. Buna görə çox xoşbəxtəm.

Bu sözləri AZƏRTAC-a açıqlamasında İslamiadanın səngər stendi yarışlarının çempionu Nihan Gürer söyləyib.

İslamiadanın təşkili barədə təəssüratlarını da bölüşən türkiyəli idmançı deyib: “Hesab edirəm ki, Azərbaycanın paytaxtında dünya miqyaslı idman yarışı keçirilir. Bu, bütün idman həvəskarları üçün əsl bayramdır. Hər şey yüksək səviyyədə təşkil edilib. Yalnız güclü idman infrastrukturu olan ölkə belə möhtəşəm yarışlar keçirə bilər”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.