REGİONLAR


Türkiyəli kino sənətçiləri Sumqayıtda

A+ A

Sumqayıt, 28 noyabr, AZƏRTAC

Azərbaycanda keçirilən “Türk filmləri həftəsi” çərçivəsində qardaş ölkənin tanınmış sənətçisi, “Təhminə və Zaur” filmində yaratdığı Təhminə obrazı ilə tanınan Meral Konrat, rejissor Öner Kılıç, aktyor Emre Kızılırmak və digərləri Sumqayıtda olublar.

Sumqayıt şəhər Mədəniyyət və Turizm İdarəsinin mətbuat xidmətindən AZƏRTAC –a bildirilib ki, qonaqlar şəhərin mədəniyyət müəssisələri ilə yaxından tanış olub, son bir ildə aparılan abadlıq, tikinti və quruculuq işləri haqqında məlumatlandırılıblar.

Heydər Əliyev Mərkəzi və Poeziya Evində olan qonaqlar görülən işləri yüksək qiymətləndiriblər.

Türkiyəli sənətçilər sonra Sumqayıt Dövlət Dram Teatrına gəlib, burada yaradılmış şəraitlə yaxından tanış olub, tamaşaçılar qarşısında çıxış ediblər.

Sumqayıt tamaşaçılarına xoş arzularını çatdıran sənətkarlar sonda xatirə şəkli çəkdiriblər.

Sumqayıt barədə təəssüratlarını bölüşən M.Konrat deyib: “Bakıda olsam da, Sumqayıta ilk dəfədir gəlirəm. Buna baxmayaraq şəhərinizi çox sevdim. Mədəniyyət sahəsində inanılmaz inkişaf edib. Heydər Əliyev Mərkəzində olduq, möhtəşəmdir. Sumqayıt Teatrında xüsusilə teatr salonu çox xoşuma gəldi. Belə bir teatr səhnəsində məmnuniyyətlə çıxış etmək istərdik. Biz Dram Teatrında olanda uşaqlar üçün tamaşa göstərilirdi. Balacaların marağını hiss etdim. Teatrınızı qısqandım, heyranlıqla baxdım. Bir sözlə möhtəşəmdir”. Türkiyəli sənətçi bu səfərin mədəni əlaqələrin inkişafında mühüm rol oynaya biləcəyini vurğulayıb.

Daha sonra qonaqlar yeni salınan şəhər bulvarını gəziblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.