MƏDƏNİYYƏT


Türkiyəli məşhur pop müğənnisi Tarkan Formula-1 azarkeşlərinə unudulmaz anlar yaşadıb

Bakı, 23 iyun, Səxavət Quliyev, AZƏRTAC

Formula-1 Azərbaycan Qran-Prisinin ilk günündə - iyunun 23-də Türkiyənin məşhur müğənnisi Tarkan Bakıda avtoidman azarkeşlərinin qarşısında səhnəyə çıxıb.

AZƏRTAC xəbər verir ki, meqastar Dənizkənarı Milli Parkda Formula-1 həvəskarları üçün ən məşhur ifalarını səsləndirib.

Bir neçə gün öncə “10” adlı musiqi albomunu təqdim edən müğənninin mahnıları sahib olduğu xüsusiyyət baxımından geniş ərazini əhatə edir. Onun repertuarında Yaxın Şərqin zaman keçdikcə canlı qalan və valehedici musiqisi ilə müasir dövrün ən çox sevilən Qərb musiqi növlərindən, o cümlədən rok, pop və oyun havalarından ibarət mahnılar yer alır. Fərqli janrda olan musiqiləri özünəməxsus tərzdə ifa edən Tarkanın mahnılarının özünüməxsusluğu onun güclü ritmdir. Bu gün Avropadan Asiyaya, oradan da Avstraliya və Latın Amerikaya qədər müxtəlif millətləri və mədəniyyətləri təmsil edən milyonlarla insan onun ifalarını sevərək dinləyir.

Tarkanın enerjili və coşğulu ifaları onu dinləməyə gələnlərə unudulmaz gecə yaşadıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.