İDMAN


Türkiyəli məşqçi: Azərbaycanda idmanın inkişafı üçün hər cür şərait yaradılıb

Bakı, 28 iyul, AZƏRTAC

“Küləklər şəhəri” Bakıda təşkil olunan bu mötəbər yarışda iştirak etməkdən çox məmnunuq. Türkiyə Avropa çempionatına 15 idmançı ilə qatılıb. Təəssüf ki, atıcılarımız mükafatçılar sırasına düşə bilməyiblər.

Bunu Bakı Atıcılıq Mərkəzində keçirilən Avropa çempionatında mübarizə aparan Türkiyə milli komandasının baş məşqçisi Barış Sözər AZƏRTAC-a müsahibəsində deyib.

Təşkilatçılığın yüksək səviyyədə olduğunu vurğulayan B.Sözər qeyd edib: “İki ay əvvəl atıcılarımız Bakıda IV İslam Həmrəyliyi Oyunlarında da mübarizə apardılar. Həmin turnirdən ölkəmizə medallarla qayıtdıq. Avropa çempionatında da bu uğuru təkrarlamaq istəyirik”.

Azərbaycanda idmanın inkişafı üçün hər cür şəraitin yaradıldığını vurğulayan baş məşqçi türkiyəli atıcıların Qəbələdə keçirilən turnirlərə də qatıldıqlarını bildirib.

Azərbaycanda özlərini doğma evlərindəki kimi hiss etdiklərini diqqətə çatdıran B.Sözer bu barədə danışarkən deyib: “Hamımız Azərbaycana heyranıq. Burada özümüzü doğma evimizdəki kimi hiss edirik. Hamı gülərüzlü, mehriban və qonaqpərvərdir. Ümid edirəm ki, həm Azərbaycan, həm də Türkiyə idmançıları uğurla çıxış edib fəxri kürsüdə yer alacaqlar”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.