MƏDƏNİYYƏT


Türkiyəli professorun “Qobu”stanın sirri (Qıpçaqlara gedən yol)” elmi kitab-albomu nəşr olunub

A+ A

İstanbul, 9 sentyabr, AZƏRTAC 

Türkiyənin Ərzurumdakı Atatürk Universitetinin nəzdində fəaliyyət göstərən Türkiyat Araşdırmaları İnstitutunun müdiri professor Cengiz Alyılmazın “Qobu”stanın sirri (Qıpçaqlara gedən yol)” elmi kitab-albomu nəşr olunub. Bitlis Eren Universitetinin altıncı nəşri sayılan əsər Ankarada işıq üzü görüb.

Cengiz Alyılmaz öz valideynlərinə həsr etdiyi bu kitabın birinci səhifəsində Azərbaycan şairi Nəsiminin “Məndə sığar iki cahan, mən bu cahanə sığmazam, Gövhəri laməkan mənəm, kövnü məkanə sığmazam” misrasını verib.

Türk dünyasının ən qədim mədəniyyət nümunələri barədə böyük axtarışları sayəsində hazırladığı kitabda professor Qobustan qayaüstü yazıları barədə də geniş məlumat verir. O, “Ömür kitabım” adlandırdığı bu əsərdə təkzibolunmaz faktlarla əsaslandırır ki, türkdilli xalqların ən qədim yazı və qayaüstü rəsm mədəniyyətləri Azərbaycanın Qobustandan bölgəsindən başlanır. Alim “Qobustan” adının yaranması və mınası barədə böyük tədqiqatlar ortaya çıxara bilib.

Ümumilikdə 704 səhifə olan kitabda, həmçinin əksəriyyətinin professorun özünün müəllifi olduğu, türk xalqlarına aid abidələri əks etdirən nadir fotolar yerləşdirilib. Türk dilinə, qədim tarixinə və mədəniyyətinə dair son dərəcə orijinal faktların toplandığı bu əsər tədqiqatçılar üçün dəyərli vəsaitdir.

Professor Cengiz Alyılmaz əsər barədə fikirlərini AZƏRTAC-a bölüşərək bildirib ki, türkdilli ölkələrdə, o cümlədən Bakı, Ankara, İstanbul və digər şəhərlərdə kitabın təqdimatı nəzərdə tutulub.

Qeyd edək ki, Cengiz Alyılmaz öz iş otağında türk xalqlarına dair maraqlı muzey yaradıb. Muzeydə Azərbaycanla bağlı çoxlu sayda sənət əsəri var. 1989-cu ildən fəaliyyətə başlayan muzeydə türkdilli ölkələrdən gətirilən 2 mindən artıq sənət əsəri nümayiş olunur. Onların hamısı əl işləridir.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.