İDMAN


Türkiyəli qadın tennisçilər fərdi yarışın finalında üz-üzə gələcəklər

Bakı, 21 may, Elvin Camalov, AZƏRTAC

Mayın 21-də İslamiadanın tennis yarışlarında qadınların fərdi mübarizəsində finalçılar məlum olub. Yarışın finalında türkiyəli tennisçilər mübarizə aparacaqlar.

AZƏRTAC xəbər verir ki, yarımfinalda mübarizə aparan Özbəkistan tennisçisi Sabina Şaripova Türkiyə təmsilçisi Berfu Cengizə hər iki setdə məğlub olaraq (4:6, 6:7) mübarizəni dayandırıb. Türkiyəli tennisçi adını finala yazdırıb.

Qardaş ölkənin daha bir təmsilçisi Aksu Ayla isə finala vəsiqəni Oman idmançısı Fatma Al Nabhani üzərində inamlı qələbə (7:5, 6:1) qazanaraq təmin edib.

Qadınların fərdi yarışında qızıl medalın sahibi mayın 22-də müəyyənləşəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.