İDMAN


Türkiyəli qadın üzgüçülərin növbəti zəfəri

Bakı, 17 may, G.Mahmudlu, AZƏRTAC

Qadınlar arasında 100 metr məsafəyə batterflay üsulu ilə üzmə yarışında Türkiyə atletləri iki medal qazanıblar.

AZƏRTAC xəbər verir ki, qardaş ölkə təmsilçisi Aleyna Özkan finişə hamıdan birinci çatıb - 1:01.43 saniyə. Gümüş medalı indoneziyalı Adinda Devi 1:02.28 saniyə nəticə ilə aktivinə yazdırıb. Türkiyənin digər təmsilçisi Gizəm Bozkurt isə 1:02.29 saniyə ilə üçüncü olub.

Azərbaycan atletləri Alsu Bayramova (1:03.20 saniyə) beşinci, İlahə Raciyeva (1:03.94 saniyə) isə altıncı yeri tutublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.