DÜNYA


Türkiyənin Ədalət və İnkişaf Partiyasının 15 illik yubileyi qeyd olunacaq

A+ A

Bakı, 12 avqust, AZƏRTAC

Avqustun 14-də Ankarada Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) təsis edilməsinin 15 illik yubileyi münasibətilə mərasim keçiriləcək.

AZƏRTAC Anadolu Agentliyinə istinadla xəbər verir ki, yubiley mərasiminə Prezident Rəcəb Tayyib Ərdoğan, 11-ci Prezident Abdullah Gül, sabiq Baş nazir Əhməd Davudoğlu da daxil olmaqla, ümumilikdə 6500 nəfər dəvət edilib. Fətullahçı terror təşkilatının (FETÖ) 15 iyul dövlət çevrilişi cəhdinin qarşısının alınması zamanı həlak olan vətəndaşlarla əlaqədar yubiley mərasimi təmtəraqlı olmayacaq. Mərasimdə AKP-nin 15 illik fəaliyyətinə dair film nümayiş etdiriləcək, partiyanın mərkəzi qərargahında fotosərgi açılacaq.

Yubiley mərasimi çərçivəsində, həmçinin partiyanın vilayət təşkilatlarının rəhbərlərinin iştirakı ilə geniş toplantı keçiriləcək. Həmin toplantıda 15 iyul dövlət çevrilişi cəhdindən sonra ölkədə mövcud durum, hazırkı situasiyada partiyanın qarşısında duran əsas hədəflər və digər məsələlər müzakirə ediləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.