SİYASƏT


Türkiyənin Avrasiya Araşdırmalar Mərkəzi: Ermənistan insanlıq əleyhinə cinayət törədib

Bakı, 7 iyul, AZƏRTAC

Türkiyənin Avrasiya Araşdırmalar Mərkəzi Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mülki əhalisini qətlə yetirməsi ilə bağlı bəyanat yayıb.

AZƏRTAC bəyanatı təqdim edir. Bəyanatda deyilir:

“Ermənistan Azərbaycanın ərazisinin təxminən beşdəbirini təşkil edən Dağlıq Qarabağ bölgəsini və ətrafındakı yeddi rayonu iyirmi ildən yuxarıdır ki, işğal altında saxlayır. Beynəlxalq hüququn aşkar şəkildə pozulmasına Avrasiya Araşdırmalar Mərkəzinin bülletenlərində bir neçə dəfə münasibət bildirilib. Ermənistan işğalı möhkəmləndirmək məqsədilə uzun müddətdir təcavüzkar mövqeyini davam etdirir, münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində həllinə, regionda sülhün və sabitliyin təmin edilməsinə mane olmaqdadır. Ermənistan bununla kifayətlənməyib regionda insani dəyərlərə zidd saysız-hesabsız haqsız fəaliyyətinə hər gün yenisini əlavə edir. İyulun 4-də Ermənistan silahlı qüvvələrinin törədikləri hadisə bunun bariz nümunəsidir.

Məlum olduğu kimi, iyulun 4-də axşam saatlarında Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndi Ermənistan ordusu tərəfindən mina və qumbaraatanlarla atəşə tutulub. Törədilən bu təxribat nəticəsində nənə və nəvə həyatlarını itiriblər.

İnsanlıq əleyhinə törədilən bu cinayət Ermənistanın işğalçılıq siyasətinin aradan qaldırılmasının vaxtının çatdığını və münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində tezliklə həll olunmasının vacibliyini yenidən gündəmə gətirib. Ermənistanın işğalına və insanlıq əleyhinə törətdiyi cinayətə son qoyulması üçün fəaliyyət göstərən, ancaq Ermənistanın mövcud münaqişəni dondurmaq üçün etdiyi cəhdlərə qarşı heç bir təzyiq göstərməyərək vaxt itirən ATƏT-in Minsk qrupunun qəflət yuxusundan oyanmasını və problemin ədalətli və davamlı həlli üçün qətiyyətli addımlar atmasını tələb edirik”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.