QAN YADDAŞI
Türkiyənin “Axşam” qəzeti Azərbaycan səfirinin Xocalı soyqırımı ilə bağlı müraciətini yayıb
Ankara, 4 mart, AZƏRTAC
Türkiyənin “Axşam” qəzeti Azərbaycanın Ankaradakı səfiri Faiq Bağırovun “Gerbində Ağrı dağının əksi varsa necə əməkdaşlıq edə bilərik?” adlı müraciətini yayıb.
Xocalı soyqırımından bəhs edilən müraciətdə təcavüzkar Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinin nəticələri barədə məlumat verilir. Erməni millətçilərinin ölkəmizə və Türkiyəyə qarşı düşmənçilik münasibətinin yaratdığı vəziyyət diqqətə çatdırılır. Müraciətdə Ermənistanın Azərbaycana və Türkiyəyə qarşı əsassız iddialarından əl çəkməsinin vacibliyi vurğulanır. Bildirilir ki, arxivlərin açılması “erməni soyqırımı” iddialarının yalan olduğunu ifşa edəcək.
Müraciət qəzetin elektron versiyasında da yayılıb:
http://www.aksam.com.tr/siyaset/logosunda-agri-dagi-varken-nasil-uzlasiriz-c2/haber-386372
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara