SİYASƏT
Türkiyənin Azərbaycandakı səfiri 15 iyul hadisələri ilə bağlı mətbuat konfransı keçirir [YENİLƏNİB]
Bakı, 21 iyul, AZƏRTAC
Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun iyulun 15-də ölkəsində baş vermiş dövlət çevrilişinə cəhdlə bağlı mətbuat konfransı keçirir.
Səfir deyib ki, dövlət çevrilişinə cəhd edən terrorçu qüvvələr Türkiyə xalqının sərt müqaviməti ilə üzləşdi.
Xalq meydanlara axışaraq mövqeni nümayiş etdirdi, siyasi partiyalar da dövlətin yanında oldu. Türkiyədə demokratiya qələbə qazandı.
Diplomat Azərbaycanın hər zaman olduğu kimi, 15 iyul hadisələri zamanı da Türkiyənin yanında olduğuna görə xalqımıza, xüsusilə Prezident İlham Əliyevə təşəkkür edib.