SİYASƏT


Türkiyənin Azərbaycandakı səfirliyi Zəfər bayramı münasibətilə rəsmi qəbul təşkil edib

A+ A

Bakı, 1 sentyabr, AZƏRTAC

Türkiyə Respublikasının Zəfər bayramı və Türk Silahlı Qüvvələri Günü münasibətilə sentyabrın 1-də qardaş ölkənin Azərbaycandakı səfirliyində rəsmi qəbul təşkil olunub.

AZƏRTAC xəbər verir ki, qəbulda səfirliyin və Türkiyə Silahlı Qüvvələrinin Azərbaycandakı hərbi attaşeliyinin əməkdaşları, dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, iş adamları, xarici ölkələrin Bakıdakı səfirləri və KİV təmsilçiləri iştirak ediblər.

Rəsmi qəbul Azərbaycanın və Türkiyənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.

Səfirliyin müşaviri xanım Meral Barlas Türkiyə Silahlı Qüvvələrinin Mustafa Kamal Atatürkün rəhbərliyi altında 1922-ci il avqustun 30-da tarixi zəfərə imza atdığını bildirib, bayram münasibətilə tədbir iştirakçılarını təbrik edib.

Tədbirdə Prezident Rəcəb Tayyib Ərdoğanın Zəfər bayramı və Türkiyə Silahlı Qüvvələri Günü münasibətilə təbrik nitqinin mətni oxunub.

Sonra tədbir ziyafətlə davam edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.