DÜNYA


Türkiyənin Baş naziri: 15 iyul ikinci Qurtuluş savaşıdır

A+ A

Bakı, 7 avqust, AZƏRTAC

Çanaqqalada Qurtuluş savaşında tarix yazan bu millət, eyni ruhla iyulun 15-də də tarix yazdı. 15 iyul ikinci Qurtuluş savaşıdır.

AZƏRTAC xəbər verir ki, bu sözləri Türkiyənin Baş naziri Binəli Yıldırım İstanbulda keçirilən demokratiya və şəhidlər mitinqində çıxışında səsləndirib.

Binəli Yıldırım deyib: “Şəhidlərimiz sayəsində bu gün bu torpaqlarda şərəflə, qardaşcasına müstəqil və bərabər yaşayırıq. Türk əsgəri qılığına girib torpaqlarımızı işğal etmək istəyirdilər. Sanki millətin iradəsini oğurlayacaqdılar. Allah şərləri xeyirə çevirir. Bu mitinqdən də göründüyü kimi, bizi öldürməyən hər çevriliş bizi daha da gücləndirir”.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.