Türkiyənin Baş naziri Binəli Yıldırımın Naxçıvan Muxtar Respublikasına səfəri başa çatıb
Naxçıvan, 20 dekabr, AZƏRTAC
Türkiyə Respublikasının Baş naziri Binəli Yıldırımın dekabrın 20-də Naxçıvan Muxtar Respublikasına səfəri başa çatıb.
AZƏRTAC xəbər verir ki, Naxçıvan Beynəlxalq Hava Limanında Türkiyənin Baş nazirini Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov yola salıb.