DÜNYA


Türkiyənin Baş naziri: Türkmənlər həm doğma qardaşımız, həm də İraqla aramızdakı qardaşlıq bağıdır

Bakı, 8 yanvar, AZƏRTAC

Türkiyənin Baş naziri Binəli Yıldırım Bağdada səfəri çərçivəsində İraq türkmənlərinin nümayəndələrini qəbul edib.

AZƏRTAC Anadolu Agentliyinə istinadla xəbər verir ki, görüşdə Baş nazir İraqın üzləşdiyi çətinliklərdən ən çox türkmənlərin əziyyət çəkdiyini və hər zaman onlara kömək etdiklərini bildirib. “Türkmənlər həm doğma qardaşımız, həm də İraqla aramızdakı qardaşlıq bağıdır”, - deyə Binəli Yıldırım vurğulayıb.

Aralarında türkmənlərin də olduğu 300 min iraqlını Türkiyədə yerləşdirdiklərini söyləyən Baş nazir vurğulayıb ki, bundan sonra da başda İraq türkmənləri olmaqla bütün iraqlılara yardımlarını davam etdirəcəklər.

Türkiyənin Baş naziri İraqın terrorizmlə mübarizəsinə, ərazi bütövlüyü və suverenliyinə hörmət çərçivəsində töhfə verdiklərinə işarə edərək, İŞİD bəlasından azad edildikdən sonra türkmənlərin yaşadığı şəhərlər də daxil olmaqla, zərərə məruz qalan İraq yaşayış məntəqələrinin yenidən inşası üçün lazım olan hər cür dəstəyi göstərəcəklərini qeyd edib.

Qəbulda türkmən siyasətçilər Binəli Yıldırımın sözlərini yüksək qiymətləndirərək, türkmənlərlə Türkiyə arasındakı sarsılmaz qardaşlığın, İraq-Türkiyə münasibətləri üçün də böyük dəyər olduğunu bildiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.