DÜNYA


Türkiyənin Baş naziri: Yaxın günlərdə ölkə Konstitusiyasına 60 maddə üzrə dəyişikliklər ediləcək

A+ A

Bakı, 3 avqust, AZƏRTAC

Türkiyənin Baş naziri Binəli Yıldırım CNN Türk televiziyasına müsahibəsində yaxın günlərdə ölkə Konstitusiyasına dəyişikliklər ediləcəyini, bununla bağlı hazırlıq işlərinin görüldüyünü deyib. Türkiyənin Baş naziri qeyd edib ki, Konstitusiyaya 60 maddə üzrə dəyişikliklər ediləcək.

Çevrilişə dəstək verən qurumlarla bağlı gərgin iş aparıldığını bildirən Baş nazir diqqətə çatdırıb ki, saxlanılanların və həbs edilənlərin ifadələrindən hər gün yeni məlumatlar əldə olunur. O, Türkiyə Silahlı Qüvvələri və Milli Kəşfiyyat Xidmətinin daha da təkmilləşdiriləcəyini bildirib. Həmçinin qeyd edib ki, çevriliş cəhdindən sonra 3 min 499 nəfər istefaya göndərilməklə, ümumilikdə 62 min nəfər işindən kənarlaşdırılıb.

Türkiyədə dövlət çevrilişi ilə əlaqəsi olan hər kəs dövlət qurumlarından xaric edilməlidir. Son hadisələrin iştirakçıları arasında on minlərlə yüksək vəzifə sahibi var. Dövlət çevrilişinə cəhd zamanı Türkiyə dünya demokratiyasının indiyədək görmədiyi fərqli mənzərəni ortaya qoydu.

Bu fikirləri isə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İtaliya və Meksika televiziyalarına müsahibəsində deyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.