DÜNYA


Türkiyənin Baş naziri əsas siyasi partiyaların rəhbərləri ilə görüşüb

A+ A

Bakı, 1 avqust, AZƏRTAC

Türkiyənin Baş naziri Binəli Yıldırım avqustun 1-də ölkənin əsas siyasi partiyalarının – Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu və Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı ilə görüşlər keçirib.

AZƏRTAC Anadolu Agentliyinə istinadla xəbər verir ki, görüşlərdə dövlət çevrilişinə cəhddən sonra ölkədəki vəziyyət, fövqəladə vəziyyətin elan olunmasından sonra qəbul edilən fərman və sərəncamlar, Konstitusiyaya ilkin dəyişiklik, iyulun 15-dən sonra ölkədə siyasi mühitin normallaşması prosesi və digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.