REGİONLAR
Türkiyənin “BioMar” şirkəti Şəmkirdə balıqçılığı inkişaf etdirəcək
Şəmkir, 16 iyun, Famil Quliyev, AZƏRTAC
Türkiyənin “BioMar” şirkətinin nümayəndə heyəti Şəmkirdə olub. Rayon icra hakimiyyətində keçirilən görüşdə şirkətin satış müdiri Birol Çanaklı, satış və texniki dəstək mütəxəssisi Ahmet Dəmir iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, görüşdə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov qonaqlara Şəmkirin qədim tarixi, zəngin mədəniyyəti, təbiəti, kənd təsərrüfatı, sənaye potensialı və bu istiqamətdə həyata keçirilən çoxşaxəli layihələr barədə məlumat verib.
“BioMar” şirkətinin əməkdaşı Birol Çanaklı Şəmkirə səfərdən əsas məqsədin rayonda balıqçılığın inkişaf etdirilməsinə töhfə vermək olduğunu deyib.
Görüşdə gələcəkdə həyata keçiriləcək perspektiv layihələr barədə müzakirələr aparılıb.