İQTİSADİYYAT
Türkiyənin “Botaş” şirkəti Azərbaycandan təbii qaz idxalını artıracaq
Bakı, 18 noyabr, Nihad Budaqov, AZƏRTAC
Türkiyənin “Botaş” şirkəti (Boru Hatları ile Petrol Taşıma AŞ) Azərbaycandan təbii qaz idxalını artırmağı nəzərdə tutur.
AZƏRTAC xəbər verir ki, bu barədə şirkətin hesabatında deyilir. Bildirilir ki, şirkət keçən il Azərbaycandan 6 milyard 170 milyon kubmetr qaz idxal edib. Bu ilin sonunda həmin rəqəm 6 milyard 500 milyon kubmetrə yüksələcək.
Ötən il xaricdən ümumilikdə 40,6 milyard kubmetr qaz alan “Botaş”ın bu ilin sonunadək idxalının 36,5 milyard kubmetrə düşəcəyi proqnozlaşdırılır. Bu o deməkdir ki, cari ildə keçən ilə nisbətən qaz idxalı 4 milyard 100 milyon kubmetr azalacaq.
Qeyd edək ki, “Botaş” şirkəti Azərbaycan təbii qazını Türkiyəyə və bu ölkədən də Avropaya nəql edəcək TANAP qaz boru kəmərində 30 faizlik iştirak payına sahibdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]
“Azeri Light” markalı neft ucuzlaşıb
Almaniyada əsgər çatışmır
- [16:32]
BDU-da “Türk otağı” açılıb
- [16:13]
Xocalı al lalələrlə bəzənib FOTO
- [15:39]