İDMAN


Türkiyənin “Fənərbağça” komandası İspaniya yığmasının hücumçusu ilə razılıq əldə edib

Bakı, 9 avqust, AZƏRTAC

Türkiyənin “Fənərbağça” klubu İspaniyanın “Vilyarreal” komandasında çıxış edən Roberto Soldadonu heyətinə cəlb etmək üçün futbolçunun özü və onun klubu ilə razılıq əldə edib.

AZƏRTAC Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, 32 yaşlı hücumçunun bu gün gecə İstanbula gəlməsi və onunla müqavilə imzalanması gözlənilir.

Məlumatda təcrübəli futbolçunun Türkiyə klubunda icarə əsasında çıxış edəcəyi və onun transferi üçün İspaniya klubuna təxminən 10 milyon avro ödənəcəyi bildirilir.

Qeyd edək ki, son iki mövsüm “Vilyarreal”ın heyətində çıxış edən Roberto Soldado İspaniya yığmasının heyətində 12 oyun keçirib və 7 qol vurub.

“Real Madrid”in yetirməsi olan futbolçu karyerası boyunca ölkəsində “Osasuna”, “Hetafe” və “Valensiya”nın, İngiltərədə isə “Tottenhem”ın şərəfini qoruyub. Ötən mövsüm “Vilyarreal”ın heyətində zədə səbəbindən sadəcə 11 oyunda meydana çıxıb və dörd qolun müəllifi olub. R.Soldado oynadığı bu komandalarda, ümumilikdə, 406 matçda 159 dəfə fərqlənib və 51 məhsuldar ötürmə verib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.