ELM VƏ TƏHSİL


Türkiyənin Gülhanə Hərbi Tibb Akademiyasına  qəbul olmaq istəyənlərin nəzərinə

Bakı, 19 iyul, AZƏRTAC

Azərbaycan ilə Türkiyə arasında hərbi təhsil sahəsində bağlanmış müqaviləyə əsasən, 2017/2018-ci tədris ilində Gülhanə Tədris və Araşdırmalar Xəstəxanasının Gülhanə Hərbi Tibb Fakültəsinə kursantların qəbulu üçün müsabiqə elan olunur.

Dövlət İmtahan Mərkəzindən (DİM) AZƏRTAC-a bildiriblər ki, müsabiqədə 2017-ci ildə IV ixtisas qrupu üzrə qəbul imtahanlarında 600‑dən yuxarı bal toplamış, 19 yaşınadək oğlan abituriyentlər iştirak edə bilərlər. Müsabiqə əsasında 30 nəfərin siyahısı müəyyənləşdirilərək seçim üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyinə təqdim olunacaq. Seçim zamanı uğur qazanmış 10 namizədin Gülhanə Hərbi Tibb Akademiyasına təhsil almağa göndərilməsi planlaşdırılır.

Türkiyə Respublikasının Gülhanə Hərbi Tibb Akademiyasının Ali Tibb Fakültəsində təhsil müddəti altı ildir. Kursantlar təhsil müddətində dövlət təminatında olurlar. Fakültədən xaric edilən kursantlar geri qaytarılır və qanunvericilikdə nəzərdə tutulmuş qaydada müddətli həqiqi hərbi xidmətə çağırılırlar.

Müsabiqəyə qatılmaq istəyənlər iyulun 28-dək DİM-ə (ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1m) müraciət etməlidirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.