CƏMİYYƏT


Türkiyənin İzmit Bələdiyyəsinin nümayəndə heyəti Nəsimi Rayon İcra Hakimiyyətində olub

A+ A

Bakı, 15 iyul, AZƏRTAC

Azərbaycanda səfərdə olan Türkiyə Respublikasının İzmit Bələdiyyəsinin nümayəndə heyəti ilə Nəsimi Rayon İcra Hakimiyyətində görüş keçirilib.

Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, qonaqlar əvvəlcə Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını və şəhid türk əsgərləri xatirə kompleksini, habelə Mustafa Kamal Atatürkün abidəsini ziyarət ediblər.

Görüşdə rayon icra hakimiyyətinin başçısı Asif Əsgərov qonaqlara Nəsimi rayonunun tarixi, sənaye, sosial, mədəniyyət, turizm obyektləri barədə ətraflı məlumat verib. O, son illər Azərbaycanda əldə olunmuş nailiyyətlərdən, sosial-iqtisadi inkişafdan, həyata keçirilən yeni layihələrdən, o cümlədən Nəsimi rayonunda görülən işlərdən danışıb. Qonaqlar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə də ətraflı məlumatlandırılıb.

Ölkəmizə səfərdən məmnunluğunu bildirən İzmit Bələdiyyəsinin başçısı Nevzat Doğan Azərbaycanın inkişafından qürur duyduğunu söyləyib. O, təmsil etdiyi bələdiyyə ilə Nəsimi Bələdiyyəsi arasında yaradılmış dostluq və qardaşlıq münasibətlərinin vacibliyindən danışıb.

Səfər zamanı qonaqlar Dövlət Bayrağı Meydanı Kompleksi, Heydər Əliyev Mərkəzi və şəhərimizin digər görməli yerləri ilə tanış olublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.