DÜNYA
Türkiyənin Mardin vilayətində dörd polis əməkdaşı şəhid olub
Ankara, 3 sentyabr, AZƏRTAC
Türkiyənin Mardin vilayətinin Darkeçid rayonunda PKK terror təşkilatının yola basdırdığı partlayıcı maddənin işə düşməsi nəticəsində dörd polis əməkdaşı şəhid olub.
Anadolu Agentliyinin məlumatına görə, PKK tərəfdarları Şırnak bölgəsində hərbi maşınlara hücum ediblər. Bundan başqa, terrorçular tərəfindən yaralanaraq Şırnak xəstəxanasında müalicəsini başa vuran bir nəfər evinə gedərkən ailəsi ilə birlikdə PKK silahlılarının hücumuna məruz qalıb. Yerli əhalinin müdaxiləsi ilə terrorçular ərazidən uzaqlaşıblar.
Diyarbəkirdə keçirilən antiterror əməliyyatında isə terrorçuluq fəaliyyətində şübhəli bilinən 9 nəfər həbs olunub.
Baş nazir Əhməd Davudoğlu PKK tərəfdarlarının ölkənin şərq və cənub-şərq bölgəsində fəallaşması səbəbindən Kaonya vilayətinə planlaşdırılan səfərini təxirə salıb.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara