DÜNYA


Türkiyənin Mardin vilayətində terror aktı nəticəsində üç polis əməkdaşı həlak olub

A+ A

Bakı, 25 iyul, AZƏRTAC 

Türkiyənin Mardin vilayətində PKK terrorçuları tərəfindən törədilən partlayış nəticəsində üç polis əməkdaşı şəhid olub.

AZƏRTAC Anadolu Agentliyinə istinadla xəbər verir ki, PKK terrorçuları yolda quraşdırdıqları partlayıcı qurğunu zirehli polis maşını keçərkən işə salıblar. Hadisə nəticəsində avtomobildə olan xüsusi təyinatlı polis qüvvələrinin üç əməkdaşı həlak olub.

Hazırda terrorçuların saxlanılması üçün ərazidə əməliyyat aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.