DÜNYA


Türkiyənin Mardin vilayətində törədilən partlayış nəticəsində yaralıların sayı 30-a çatıb [YENİLƏNİB]

A+ A

Bakı, 10 avqust, AZƏRTAC

PKK terrorçuları tərəfindən Türkiyənin Mardin vilayətinin Kızıltəpə bölgəsində partlayış törədilib.

AZƏRTAC Anadolu Agentliyinə istinadla xəbər verir ki, hadisə Kızıltəpə Dövlət Xəstəxanasının qarşısında qeydə alınıb. İlkin məlumata görə, uzaqdan idarə olunan partlayıcı qurğunun ərazidən polis avtomobili keçdiyi zaman işə salındığı bildirilir. Hadisə nəticəsində 3 nəfərin öldüyü, 30-dan çox yaralının olduğu bildirilir.

Əraziyə təcili yardım maşınları, təhlükəsizlik qüvvələri cəlb olunub.

Diyarbəkir vilayətinin Sur qəsəbəsində isə PKK terrorçularının xidməti polis maşınına hücumu nəticəsində 4 nəfər həlak olub, 13 insan yaralanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.