SİYASƏT


Türkiyənin Mərmərə Vəqfi Ermənistan ordusunun Azərbaycanın dinc sakinlərini qətlə yetirməsi ilə bağlı bəyanat yayıb

İstanbul, 7 iyul, АZƏRTAC

Türkiyənin Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfi Ermənistan silahlı qüvvələrinin iyulun 4-də Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndinin sakinləri 2 yaşlı Zəhra Quliyevanı və nənəsini vəhşicəsinə qətlə yetirməsi ilə bağlı etiraz bəyanatı yayıb.

“Ermənistan ordusunun mülki insanları qətlə yetirməsi insanlıq əleyhinə cinayətidir” sərlövhəsi ilə ölkə KİV-lərinə yayılan bəyanatın mətni Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin rəsmi saytında da yer alıb. Bəyanatda qeyd olunur ki, Ermənistanın təcavüzkar ordusunun Azərbaycanın dinc sakinlərini qətlə yetirməsi və mülki obyektlərinin dağıdılması ilk dəfə deyil. Bütün türk dünyası bu cinayəti unutmamalıdır.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.