SİYASƏT


Türkiyənin “Milliyet” qəzetində Azərbaycan səfirinin “Metsamordan gözlənən təhlükə” adlı məqaləsi dərc edilib

A+ A

Ankara, 21 sentyabr, AZƏRTAC 

Azərbaycan Respublikasının Ankaradakı səfiri Faiq Bağırov Türkiyənin çoxtirajlı “Milliyet” qəzetində “Metsamordan gözlənən təhlükə” sərlövhəli məqalə ilə çıxış edib.

Məqalədə Ermənistan hökumətinin istismar müddəti başa çatmış Metsamor Atom Elektrik Stansiyasının (AES) fəaliyyətini dayandırmamasının region üçün yaratdığı təhlükədən bəhs olunur. Səfir əsaslandırır ki, işğalçı dövlətin rəhbərliyi bu AES-dən siyasi şantaj məqsədi ilə istifadə edir. Metsamorun fəaliyyətindən istifadə edilərək müxtəlif növ nüvə məhsullarının qeyri-qanuni yolla satılmasına cəhdlər barədə konkret faktlar mövcuddur. Ermənistan Azərbaycanı “çirkli bomba” ilə təhdid etməkdədir. Prezident İlham Əliyevin beynəlxalq tədbirlərdə bu faktlar barədə dəfələrlə məsələ qaldırmasına baxmayaraq, mövcud təhlükənin aradan qaldırılması üçün səylər yoxdur.

Müəllif diqqətə çatdırır ki, Metsamor AES təkcə Azərbaycan üçün yox, Türkiyə və İranın şərq bölgələri də daxil olmaqla böyük bir region üçün acınacaqlı fəsadlar yarada biləcək təhlükə mənbəyidir. Məqalədə, həmçinin diqqətə çatdırılır ki, təcavüzkar Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ regionunu və ona bitişik rayonlarını hələ də işğal altında saxlaması bölgədəki mövcud gərginliyi saxlamaqdadır.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.