DÜNYA


Türkiyənin Moldovadakı yeni səfiri Qaqauz Yerinə səfər edəcək

A+ A

Kişineu, 10 oktyabr, AZƏRTAC

Türkiyənin Moldovadakı yeni səfiri Hulusi Kılıc oktyabrın 14-də Qaqauz Yeri Muxtar Ərazi Qurumuna ilk işçi səfəri edəcək.

AZƏRTAC bu xəbəri “Gagauzinfo.MD” portalına istinadla verir.

Qaqauz Yeri Muxtar Ərazi Qurumu başçısının mətbuat xidmətinin məlumatına görə, Komratda Türkiyə səfiri ilə Qaqauz Yerinin başqanı İrina Vlax arasında görüş keçiriləcək. Sonra türkiyəli diplomatla muxtariyyətin rəhbərliyi arasında geniş tərkibdə görüş keçiriləcək.

Hulusi Kılıc bu ilin sentyabr ayında Türkiyənin Moldovada səfiri təyin edilib. O, Kişineuya gəlməzdən əvvəl Türkiyənin Azərbaycandakı səfirliyinə rəhbərlik edib.

Zeynal Ağazadə

AZƏRTAC-ın xüsusi müxbiri

Kişineu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.