İQTİSADİYYAT
Türkiyənin Müstəqil Sənayeçi və Sahibkarlar Dərnəyinin Bakıda şöbəsi açılacaq
Bakı, 24 oktyabr, AZƏRTAC
Türkiyənin Müstəqil Sənayeçi və Sahibkarlar Dərnəyi (MÜSAİD) yaxın günlərdə Bakıda şöbəsini istifadəyə verəcək.
AZƏRTAC MÜSİAD-ın saytına istinadla xəbər verir ki, bu barədə Müstəqil Sənayeçi və Sahibkarlar Dərnəyinin baş direktoru Nail Olpak Makedoniya şöbəsinin açılışında deyib.
11 mindən artıq üzvə, 50 min üzv müəssisəyə, 65 ölkədə 27 filiala, ölkə daxilində 86, xaricdə 170 rabitə məntəqəsinə malik qlobal ticarət şəbəkəsi qurduqlarını deyən N.Olpak Bakı ilə yanaşı, Melburn, Tokio, Amsterdam, Sudan, Tbilisi, London, Pakistan, Strasburq, Belçika, Qazaxıstan və Qırğızıstanda da MÜSİAD-ın şöbələrinin açılacağını diqqətə çatdırıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.04.2024 [19:50]
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin hesabat yığıncağı keçirilib
- 23.04.2024 [19:32]
® “Rabitəbank”dan Ümumdünya Kitab Günündə Ağdam kənd məktəbinə dəstək
- 23.04.2024 [18:10]