İQTİSADİYYAT
Türkiyənin NTV telekanalı da “Azerspace-1” üzərindən yayıma başlayıb
Bakı, 20 oktyabr, AZƏRTAC
Türkiyənin populyar xəbər kanallarından olan NTV “Azerspace-1” telekommunikasiya peyki üzərindən yayıma başlayıb.
AZƏRTAC xəbər verir ki, böyük izləyici auditoriyasına malik olan NTV digər türk telekanallarının daxil olduğu paketdən 11015/H/30000 tezliyi ilə yayımlanır. Qardaş ölkənin televiziyaları “Azərkosmos”la iş birliyinə artan maraqlarını şirkətin müştəri məmnunluğunu, xidmətin davamlılığını və çevikliyini əsas tutması və yüksək keyfiyyətli peyk xidmətləri göstərməsi ilə əlaqələndirirlər.