DÜNYA


Türkiyənin Rusiyada yeni səfiri təyin edilib

A+ A

Moskva, 14 oktyabr, AZƏRTAC

Hüseyn Lazip Diriöz Türkiyənin Rusiyada yeni fövqəladə və səlahiyyətli səfiri təyin olunub.

Bu barədə Rusiya KİV-ləri Türkiyənin “Resmi Gazete” nəşrinə istinadən xəbər yayıb.

Türkiyənin Rusiyadakı səfirliyindən məlumatı təsdiq edərək bildiriblər ki, Hüseyn Diriöz yaxın vaxtlarda fəaliyyətə başlayacaq.

Hüseyn Lazip Diriöz Türkiyənin təcrübəli diplomatlarından biridir. O, əvvəllər İordaniyada və Braziliyada səfir olub.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.