DÜNYA


Türkiyənin ədliyyə naziri: çevriliş cəhdi ilə bağlı 32 min nəfər həbs olunub

A+ A

Bakı, 28 sentyabr, AZƏRTAC

Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ Türkiyədə dövlət çevrilişinə cəhdlə bağlı təhqiqat çərçivəsində həbs olunanların sayının 32 min nəfərə çatdığını bildirib.

AZƏRTAC Anadolu informasiya agentliyinə istinadla xəbər verir ki, nazir, həmçinin uğursuz çevriliş cəhdindən ötən müddətdə Fətullah Gülənlə əlaqədə şübhəli bilinən 70 min nəfər barədə araşdırma aparıldığını da qeyd edib. Bəkir Bozdağın sözlərinə görə, təhqiqatın nəticələrindən asılı olaraq həbs edilənlərin sayı arta və ya azala bilər.

Xatırladaq ki, iyulun 16-na keçən gecə Türkiyədə dövlət çevrilişinə silahlı cəhd göstərilib. Ankara qiyamın arxasında ABŞ-da yaşayan Fətullah Gülənin dayandığını bildirir və Vaşinqtondan onun Türkiyəyə verilməsini təkidlə tələb edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.