SİYASƏT


Türkiyənin ehtiyatda olan bir qrup yüksək rütbəli zabiti ilə Müdafiə Nazirliyində görüş keçirilib

Bakı, 5 iyul, AZƏRTAC

İyulun 5-də Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsində Türkiyədən gəlmiş ehtiyatda olan bir qrup yüksək rütbəli zabitlə görüş keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, müdafiə nazirinin şəxsi heyət üzrə müavini, general-leytenant Kərim Vəliyev qardaş xalqlarımız arasında əməkdaşlıq əlaqələrinin möhkəmlənməsi prosesinin təməlinin ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulduğunu, hazırda bu siyasətin Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə bu gün də uğurla davam etdirildiyini söyləyib.

Tədbirdə belə görüşlərin müntəzəm keçirilməsinin qabaqcıl təcrübə mübadiləsi, eləcə də gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi baxımından vacibliyi vurğulanıb, faydalı fikir mübadiləsi aparılıb və qarşılıqlı maraq doğuran məsələlər geniş müzakirə olunub.

Türkiyə Ehtiyatda olan Zabitlər Təşkilatının sədri, istefada olan korpus generalı Ərdoğan Karakuş səmimi qarşılandıqları üçün Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlığını bildirib. O deyib ki, türk xalqı həmişə olduğu kimi, bu gün də Azərbaycan ilə həmrəydir və bütün problemlərin həllinə dəstək verməyə hazırdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.